35 oyun, 80 qol və yubiley məğlubiyyəti- matçdan sonra

35 oyun, 80 qol və yubiley məğlubiyyəti- matçdan sonra

Son turda səfərdə “Qəbələ”yə 0:2 hesabıyla uduzan “Qarabağ” liderliyi əsas rəibinə təhvil verdi. Fanat.Az-ın hesablamalarına görə, ilk dəfə 2006/07 mövsümündə qarşılaşan bu rəqiblər indiyədək 35 çempionat matçına çıxıb.

Sergey Zenyov bu oyunlarda vurulan 79-cu, Filip Ozobiç isə 80-ci qola imza atıb.

“Qəbələ” kubok oyunları da daxil olmaqla(41 matçdan 6-sı ölkə kuboku çərçivəsində baş tutub), öz meydanında keçirdiyi 21-ci görüşdə top fərqindəki geriliyi aradan qaldırıb – 23:23.

 

0:2 Qurban Qurbanov üçün də arzuolunmaz yubiley məğlubiyyətidi. “Qarabağ”ın çalışdırıcısı “köhlən atlar”ın baş məşqçisi postunda 50-ci çempionat yenilgisini alıb.

 

 

Fanat.Az  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər