2022-ci ilin rəmzi komandası bəlli oldu

2022-ci ilin rəmzi komandası bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin simvolik komandasını açıqlayıb.

Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, rəmzi komanda 4-3-3 sisteminə uyğun tərtib olunub.

Rəmzi komandada ən çox futbolçu ilə PSJ (Fransa) və “Real” (İspaniya) klubları təmsil olunub. Ölkə olaraq isə Belçika, Xorvatiya və Fransa hərəyə 2 futbolçu ilə diqqət çəkir.

Qapıçı: Tibo Kurtua (Belçika/“Real”);

Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş/PSJ), Yoşko Qvardiol (Xorvatiya/“Leypsiq”), Vircil Van Deyk (Niderland/“Liverpul”), Alfonso Deyvis (Kanada/“Bayern”);

Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya/“Real”), Kevin De Bruyne (Belçika/“Mançester Siti”), Lionel Messi (Argentina/PSJ);

Hücumçular: Erlinq Haland (Norveç/“Mançester Siti”), Kərim Benzema (Fransa/“Real”), Kilian Mbappe (Fransa/PSJ).  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər