2022-ci ilin ən yaxşı hakimləri açıqlandı

2022-ci ilin ən yaxşı hakimləri açıqlandı

2022-ci ilin ən yaxşı hakimləri məlum olub.

Fanat.Az xəbər verir ki, İFFHS keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

Polşalı referi Şimon Marçinyak ötən il dünyanın ən yaxşı ədalət təmsilçisi olub. O, 150 xal toplayıb.

İtaliyalı Daniele Orsato ikinci yeri tutubsa, fransalı Kleman Turpen ilk üçlüyü qapayıb.

Xatırladaq ki, Marçinyak DÇ-2022-nin finalında Argentina – Fransa matçını idarə edib.

1. Şimon Marçinyak (Polşa) - 150 2. Daniele Orsato (İtaliya) - 65 3. Kleman Turpen (Fransa) - 40 4. Maykl Oliver (İngiltərə) - 35 5. Viktor Qomes (CAR) - 25 6. Slavko Vinçiç (Sloveniya) - 20 7. Denni Makkeli (Niderland) - 15 8. Entoni Teylor (İngiltərə) - 15 9. Patrisio Lustau (Argentina) - 10 10. Sezar Ramos (Meksika) - 10

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər