Təbriz klubları bu tur nə etdi?

Təbriz klubları bu tur nə etdi?
İran çempionatında 28-ci turun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor”la "Maşinsazi” də növbəti matçına çıxıb.
 
"Maşinsazi” doğma meydanda lider "Persepolis”lə qarşılaşıb. Təbriz klubu bu oyunda darmadağına üzülüb - 0:5.
 
Təbrizin daha məşhur təmsilçisi "Traktor” isə səfərdə "Aluminium Arak”la üz-üzə gəlib. "Traktorçular” 3:1 hesablı zəfərə sevinib.
 
Hazırda 42 xalı olan "Traktor” 16 iştirakçı arasında 4-cü, 14 xala malik "Maşinsazi” isə sonuncudur.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər