Məqsəd İsayev yeni klubda - RƏSMİ

Məqsəd İsayev yeni klubda - RƏSMİ
"Səbail" futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Artıq onun yeni komandası da məlumdur. İsayev "Qəbələ" ilə 2 illik müqavilə bağlayıb.
"Qırmızı qaralar" bunadək Bayıl təmsilçisi ilə vidalaşan Urfan Abbasovu heyətinə qatıb.
Qeyd edək ki, peşəkar karyerasına "Neftçi”də başlayan Məqsəd İsayev 2013 - 2017-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə "Keşlə”, 2018 - 2020-ci illərdə "Sabah”da çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub.
2010 - 2017-ci illərdə Azərbaycan milli komandalarının şərəfini qoruyan müdafiəçi U-17, U-19, U-21 və U-23-ün formasını geyinib. O, U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər