Bəybalayev oynadı, komandası uduzdu

Bəybalayev oynadı, komandası uduzdu
Azərbaycanlı futbolçu Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi” Gürcüstan çempionatında 14-cü turun matçına çıxıb.
 
Fanat.Az xəbər verir ki, səfərdə Tiflis "Dinamo”su ilə qarşılaşan komanda 0:1 hesabı ilə məğlub olub. 
 
27 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Telavi” cari mövsümdə keçirdiyi 14 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər