2021-ci ilin ən pis klub formaları - FOTOLAR

2021-ci ilin ən pis klub formaları - FOTOLAR

"Footy Headlines" saytı ötən ilin ən pis klub formalarını müəyyən edib. 

Fanat.Az xəbər verir ki, oxucuların seçiminə əsasən, 2021-ci ilin ən pis geyimi "Yuventus" klubuna məxsusdur.

“Yuventus”un üçüncü dəsti sayılan, 90-cı illərindəki rənglərindən (şəhərin mavi və sarı gerbinə istinadən) ilhamlanaraq hazırlanmış forma azarkeşlərin xoşuna gəlməyib.

2021-ci ilin ən pis klub formaları - FOTOLAR

İkinci yerdə "Tottenhem"in üçüncü formasıdır. 2019-cu ildə 8 nəfərlik yaradıcı gəncdən ibarət qrup "London Tottex" incəsənət studiyasına daxil olub və "Nike" dizaynerlərinə "Tottenhem"in onlar üçün nə demək olduğunu izah ediblər. Beləcə həmin forma ərsəyə gəlib. 

2021-ci ilin ən pis klub formaları - FOTOLAR

Anti-reytinqdə üçüncü yeri Dieqo Maradonanın xatirəsinə hazırlanmış "Armani"dən olan “Napoli” forması tutub.

2021-ci ilin ən pis klub formaları - FOTOLAR

"Barselona", ​​"Mançester Siti", "Liverpul", Çexiya millisi, "Olimpik Marsel", "Lester", "Osasuna", "Kolumbus Kreu" və "Uikomb" komandalarının geyimləri də siyahıda yer alıb.

2021-ci ilin ən pis klub formaları - FOTOLAR

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər