Millimizin oyununa hakim təyinatı

Millimizin oyununa hakim təyinatı
Azərbaycan millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Lüksemburqla keçirəcəyi matçın hakim təyinatları açıqlanıb. 
 
Fanat.Az xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək. 
 
Matçın baş hakimi olan Kris Kavanaqaya yan xətt hakimləri Daniel Riçard Kuk və Sian Massey köməkçi olacaq. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək. 
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq. 
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər