"Lill" türk futbolçu Burak Yılmazı heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, Fransa klubu barədə rəsmi "Twitter" səhifəsində açıqlama verib. 35 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlandığı bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Burak Yılmazın son klubu "Beşiktaş" olub. Hücumçu əvvəllər "Antalyaspor", "Manisaspor", "Fənərbaxça", "Eskişəhərspor", "Trabzonspor", "Qalatasaray" və "Pekin Quoan" (Çin) klublarında oynayıb.
Fanat.Az