Nazarov oynadı, komandası uduzdu

Nazarov oynadı, komandası uduzdu
Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etidiyi "Erzgebirge" səfərdə "Sankt Pauli" ilə qarşılaşıb. 
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 66-cı dəqiqədə - 0:2 hesabı ilə geridə olduqları vaxt əvəzlənib.
"Erzgebirge" bu xal itkisi ilə 2 pillə geriləyərək 9-cu yerə düşüb. Aue təmsilçisinin 41 xalı var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər