Qərar verildi: Millinin məşqçisi ilə yola davam

Qərar verildi: Millinin məşqçisi ilə yola davam
Belçika millisinin baş məşqçisi Roberto Martines sözügedən ölkənin futbol assosiasiyası ilə olan müqaviləsini yeniləyəcək.
Fanat.Az HLN-ə istinadən xəbər verir ki, yeni sözləşmə 2022-ci ilə kimi nəzərdə tutulacaq.
Martinesin hazırkı müqaviləsi növbəti yay başa çatır. Amma Belçika Futbol Assosiasiyasının rəhbərliyi ispan çalışdırıcının 2022-ci ildə keçiriləcək dünya çempionatında da komandanın başında olmasını istəyir.
Qeyd edək ki, Belçika yığması Martinesin rəhbərliyi altında DÇ-2018-in bürünc medallarına sahib çıxmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər