Tokio olimpiadasının yeni tarixi rəsmən açıqlandı - YENİLƏNİB

Tokio olimpiadasının yeni tarixi rəsmən açıqlandı - YENİLƏNİB
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixini rəsmən açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Oyunları 2021-ci ildə 23 iyul - 8 avqust, Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.
 
15.45
 
Koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.
Fanat.Az NHK telekanalına istinadən xəbər verir ki, Olimpiya Oyunlarına 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də start veriləcək. Yay Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunları isə 5 sentyabrda başa çatacaq.
Bildirilir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti arasında razılıq əldə olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər