Əfsanə karyerasını bitirdi

Əfsanə karyerasını bitirdi
Fransız biatlonçu Marten Furkad karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, Furkad sosial media hesabları vasitəsilə qərarını açıqlayıb. "Karyeram ərzində yanımda olduğunuza görə təşəkkürlər. Sağollaşmaq vaxtıdı", - deyə o, qeyd edib.
Dünya biatlonunun əfsanəsi 5 dəfə Olimpiadanın, 13 dəfə isə Dünya Çempionatının qalibi olub. 31 yaşlı idmançı ardıcıl 7 dəfə dünya çempionu olmağı bacaran ilk biatlonçudu. 
Furkad Dünya Kubokunda 149 dəfə podiuma çıxıb və 82 qələbə qazanıb. Ümumi qələbələrin sayına görə, o, yalnız norveçli Ule Eynar Byorndalendən (90) geri qalır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər