Samir Abasov: "Hər şey gözlədiyimdən də yaxşı keçdi"

Samir Abasov: "Hər şey gözlədiyimdən də yaxşı keçdi"
"Oyun bir az sərt keçdi. Bu da başadüşüləndir. Çünki hamı özünü göstərmək istəyir. "Keşlə”yə də uğurlar arzulayıram".
 
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov "Keşlə" ilə yoxlama oyunundan (2:2) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Komandasının hazırlığından razı qalan çalışdırıcı qarşıdakı planlardan da danışıb: "Hazırlığın geridə qalan müddəti haqda onu deyə bilərəm ki, hər şey gözlədiyimdən də yaxşı keçdi. Futbolçular komandaya ilk gündə qoşulanda elə vəziyyətdə idi ki, sanki çempionat yenicə başa çatıb. Bu da futbolçuların peşəkarlığından irəli gəlir. Bu, həddən artıq sevindiricidir. Yeganə üzücü məqam Tellur Mütəllimov və Cavid Hüseynovun zədələnməsi oldu. Amma ümid edirik ki, tez müddətdə sağalıb, komandaya qoşulacaqlar. Azərbaycanda sonuncu oyunumuz idi. Ayın 20-də Türkiyədə toplanışımızın ikinci hissəsi başlayacaq. Orada da 4 yoxlama oyununa çıxacağıq”.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər