"Sarı jiletlilər" daha iki oyunun təxirə salınmasına səbəb oldu

"Sarı jiletlilər" daha iki oyunun təxirə salınmasına səbəb oldu
Fransa Liqa 1-də daha iki oyun təxirə salınıb. 
Fanat.az xəbər verir ki, XVIII turun "Nitsa" - Sent-Etyen" və "Nant" - Monpelye" qarşılaşmaları təyin olunduğu vaxtda keçirilməyəcək. Buna səbəb "Sarı jiletlilər"in prezident Emmanuel Makronun istefası və vergi islahatları tələbi ilə keçirdiyi aksiyalar olub. Görüşlər polisin tələbi ilə təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl aksiyalar səbəbindən "Monako" - "Nitsa", "Sent-Etyen" - "Marsel", "Tuluza" - "Lion" və PSJ - "Monpelye" matçları təxirə salınıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər