Millimiz yenə uduzdu

Millimiz yenə uduzdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, millimiz yenə Kosovonun müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşıb.
 
Bu görüşdə də komandamız minimal hesabla məğlub olub - 0:1. 
Qeyd edək ki, bu komandalar arasında yanvarın 24-də keçirilmiş ilk oyunda U-19 millimiz 0:1 hesabı ilə məğlub olmuşdu.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər