Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı

Ukrayna Premyer Liqasında XIX turun oyunları davam edir.Fanat.Az xəbər verir ki, milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Stal" növbəti matçına çıxıb. 

Səfərdə Donetsk "Olimpik"i ilə qarşılaşan Kamiensk təmsilçisi qolsuz bərabərə qalıb. P.Paşayev start heyətdə meydana daxil olub və əvəzlənməyib. Qeyd edək ki, "Stal" 19 oyundan sonra 15 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər