Qurban Qurbanovdan məğlubiyyət şərhi

Qurban Qurbanovdan məğlubiyyət şərhi

"Qarabağ" Avropa Liqasının "pley-off" mərhələsinin ilk matçında səfərdə İsveçin "Göteborq" klubuna 0:1 hesabıyla məğlub olub. Fanat.Az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Qurban Qurbanov yenilgiyə belə şərh verib: 

"Artıq ikinci oyundu belə halla rastlaşırıq. Qapımıza iki zərbə olur və hər ikisi qolla nəticələnir. Bakıdakı oyunda daha çox güc sərf etməliyik və rəqibimizin müdafiəsini yarmaqdan ötrü nəysə fikirləşəcəyik. Şanslar əlli-əlliyədi. Cavab matçında azarkeşlərimizin möhtəşəm dəstəyi ilə uğurlu nəticə əldə etmək istəyirik".

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər