20 yaşlı sloveniyalı İngiltərə nəhənginə keçməyə yaxındır

20 yaşlı sloveniyalı İngiltərə nəhənginə keçməyə yaxındır

Almaniyanın "Leyptsiq" klubunun hücumçusu Benyamin Şeşko karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Xəbərə görə, sloveniyalı forvardın xidmətində London "Arsenal"ı maraqlıdır. Mənbə "topçular"ın 20 yaşlı oyunçunu yanvarda heyətinə qatmağı planlaşdırdığını vurğulayıb. 

Şeşko "Leyptsiq"ə bu yay transfer olunub. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 12 matça çıxan gənc futbolçu 6 qolla yadda qalıb. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. "Transfermarkt" portalı Şeşkonun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər