"20 il əvvəl eybəcər oyunla..." - Nevill müqayisə etdi

"20 il əvvəl eybəcər oyunla..." - Nevill müqayisə etdi

"Mançester Yunayted"in sabiq müdafiəçisi, hazırda "Sky Sports"un eksperti qismində çalışan Qari Nevill indiki İngiltərə Premyer Liqasını 20 il öncəki ilə müqayisə edib.

Fanat.Az xəbər verir ki, Nevill hazırki çempionatın daha maraqlı olduğunu söyləyib:

"İndi Premyer Liqa təmsilçiləri bir-biri ilə sözün əsl mənasında, döyüşürlər. 20 il əvvəl eybəcər oyunla meydanda yalnız rəqibə mane olmaqla kifayətlənən klubların sayı çox idi. Bu gün demək olar ki, bütün komandalar top saxlamaq, qol vurmaq, qələbə qazanmaq istəyirlər. Əvvəl belə deyildi. Bu, futbolun yeni səviyyəyə çatmasının göstəricisidir. İndi daha çox təhlükəli vəziyyətlər, qollar izləyir, oyunlardan hamılıqla zövq alırıq". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər