2 qol, 2 ötürmə ilə AL-in ən yaxşısı oldu

2 qol, 2 ötürmə ilə AL-in ən yaxşısı oldu
Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
 
Fanat.Az xəbər verir ki, bu, "Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeşdir.
 
Portuqaliyalı oyunçu doğma meydanda İtaliyanın "Roma”nı 6:2 hesabı ilə yendikləri matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
 
Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu adına "Mançester Yunayted”in digər futbolçusu Edinson Kavani, həmçinin "Arsenal”dan (İngiltərə) Nikolya Pepe və "Vilyarreal”dan (İspaniya) Raul Albiol da namizəd idi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər