16 yaşlı qapıçı Avroliqanın tarixinə düşdü

16 yaşlı qapıçı Avroliqanın tarixinə düşdü
"Renn"ın qapıçısı Pepe Bone Avropa Liqasında rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Konqo əsilli qolkiper yarışda 16 yaş 254 günlüyündə debüt edib. O, Rumıniyanın ÇFR klubu ilə görüşün 8-ci dəqiqəsində meydana buraxılıb. Buna səbəb əsas qapıçı Eduard Mendinin qırmızı vərəqə alması olub. 
Bone Avropa Liqasının ən gənc qapıçısı ünvanına yiyələnib. 
Qeyd edək ki, Renn şəhərindəki "Stad de la Rut" stadionunda təşkil olunmuş qarşılaşma ÇFR-in qələbəsi ilə yekunlaşıb - 1:0. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər