"12 xallıq fərqlə çempion olsaq belə..." - Xavi niyə gedəcəyini dedi

"12 xallıq fərqlə çempion olsaq belə..." - Xavi niyə gedəcəyini dedi

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda Katalniya təmsilçisindən ayrılmaq qərarının səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Goal" 43 yaşlı çalışdırıcının sözlərini belə çatdırıb:

"Barselona"nın hazırda vəziyyəti yaxşı olmadığı üçün ayrılmaq qərarına gəldim. Bizə kifayət qədər qiymət verilmir. 12 xallıq fərqlə çempion olsaq belə, azarkeşləri sevindirə bilməyəcəyimizi hiss edirəm".

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nı çalışdırır. 43 yaşlı mütəxəssisin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər