11-ci turun təqvimi açıqlandı

11-ci turun təqvimi açıqlandı

Minifutbol üzrə Azərbaycan çempionatında 11-ci turun təqvimi açıqlanıb.

Fanat.Az xəbər verir ki, oyunlar fevralın 20-21-də keçiriləcək.

Liqanın favoritləri turun ikinci günündə meydançaya çıxacaqlar. İtkisiz yoluna davam edən lider “Zirə” dördüncü pillədə qərarlaşan “Aznur”u qəbul edəcək.

Son çempion “Birbaşa Bakı” isə Azərbaycan millisinin sabiq futbolçularından ibarət “İnter”lə üz-üzə gələcək.

20 fevral 19:15. “Siyəzən” – “Veteran” 20:30. “Dinamo Gəncə” – “Galaxy Baku” 21:45. “Baku Fire” – “Dirçəliş” 23:00. “Odlar Yurdu” – “Abşeron”

21 fevral 19:15. “Atəşgah Suraxanı” – “Turan” 20:30. “İnter” – “Birbaşa Bakı” 21:45. “Zirə” – “Aznur” 23:00. “Real Bakı” – “Sumqayıt”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər