0:4, ən azı 4, son 4 matçda 4 və yenə də 4- RƏQƏMLƏR VƏ FAKTLAR

0:4, ən azı 4, son 4 matçda 4 və yenə də 4- RƏQƏMLƏR VƏ FAKTLAR

DÇ-2018-in seçmə mərhələsinin dünən baş tutan son oyununda yığmamıza 5:1 hesablı yenilgi acısı yaşadan Almaniya evdə Azərbaycana azı 4 top fərqiylə qalib gəlmək ənənəsini qoruyub. Fanat.Az-ın hesablamalarına görə, seçməmizin bu rəqiblə səfər duellərinin əsası da elə 0:4 hesabıyla qoyulub.

Almanlar millimiz üzərində indiyə qədərki zəfərlərinin ilk 4-nü alman Berti Foqtsa yaşadıblarsa, son 4 matçda qapılarında qol görüblər. Azərbaycandan "yedikləri" qolların da sayı da 4-dü. Həmin 4 qola da 4 fərqli futbolçumuz - ardıcıl olaraq Vaqif Cavadov, Murad Hüseynov, Dmitri Nazarov və Ramil Şeydayev imza atıb.

DÇ-2010-nun seçmə mərhələsi

12 avqust 2009. Bakı. Azərbaycan – Almaniya – 0:2
9 sentyabr 2009. Hannover. Almaniya – Azərbaycan – 4:0

AÇ-2012-nin seçmə mərhələsi

7 sentyabr 2010. Köln. Almaniya – Azərbaycan – 6:1

7 iyun 2011. Bakı. Azərbaycan – Almaniya – 1:3 

DÇ-2018-in seçmə mərhələsi

26 mart 2017. Bakı. Azərbaycan – Almaniya – 1:4

8 oktyabr 2017. Kayzerslautern. DÇ. Almaniya – Azərbaycan  – 5:1

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər