"Özilin başına gələnlər təsadüfdür"

"Özilin başına gələnlər təsadüfdür"
"Bavariya"nın sabiq hücumçusu Elber Məsut Özilin milli karyerasını bitirməsinə münasibət bildirib. 
Fanat.Az xəbər verir ki, o, bu barədə "Goal"a açıqlamasında danışıb. 
Elber "Nə mən, nə də ailəm irqçiliklə qarşılaşmamışıq. Almaniyada bizə həmişə hörmətlə yanaşıblar. Mənə elə gəlir ki, Özilin başına gələnlər tamamı ilə təsadüfdür. Onun öz kökləri var. O ölkənin prezidenti ilə əlaqələrini başa düşmək lazımdır. Futbolu siyasətə qatmaq düzgün deyil. Bu heç kimin xeyrinə olan deyil", deyə fikirlərini dilə gətirib. 
Qeyd edək ki, Məsut Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniyada böyük təzyiqlərə məruz qalmışdı və bu səbəbdən milli karyerasını başa vurub. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər