Zidanla dalaşdı, İngiltərəyə gedir

Zidanla dalaşdı, İngiltərəyə gedir

Madrid “Real”ının yarımmüdafiəçisi Xames Rodriges “Mançester Yunayted”ə keçmək istəyir. Fanat.Az “Don Balon”a istinadən xəbər verir ki, keçid mövsümün sonunda reallaşa bilər.

Artıq tərəflər razılığa gəlib.

Yeri gəlmişkən, Xames İspaniya çempionatının 33-cü turunda “Barselona”dan alınan yenilginin (2:3) ardından Zinəddin Zidanla mübahisə edib. Mənbə Kolumbiya millisinin üzvünün məğlubiyyətdə Zidanı günahlandırdığını və ona qarşı yetərincə hörmətsiz davrandığını vurğulayıb.

Qeyd edək ki, bu Rodrigesin “Real”ın çalışdırıcısıyla yaşadığı ilk problem deyil. O dəfələrlə Zizunun ünvanına xoşagəlməz sözlər səsləndirib. Zidan isə Xamesin məşqlərdə yaxşı çalışmadığını əsas gətirərək, ona start “11-lik”də yer verməyəcəyini söyləyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər