Zidanın oğlu II Divizion klubunda

Zidanın oğlu II Divizion klubunda
"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo yeni klubla anlaşıb. 
Fanat.Az xəbər verir ki, son mövsümü İspaniya "Almeria"sında keçirən 26 yaşlı futbolçu karyerasını Fransada davam etdirəcək. 
Yarımmüdafiəçi vətəninin II Divizion təmsilçisi "Rodez”ə keçib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, onunla 1 illik müqavilə imzalanıb. 
Qeyd edək ki, "Rodez" 2020/21-ci illər mövsümünü 15-ci sırada tamamlayıb. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər