Zidanı gələcək taleyi maraqlandırmır

Zidanı gələcək taleyi maraqlandırmır
"PSJ çətin rəqibdi. Şansların 50-nin 50-yə olduğu düşünürəm”.
 
Fanat.Az xəbər verir ki, bu sözləri Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan deyib.Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində sabah "Santyaqo Bernabeo”da keçiriləcək "Real” – PSJ matçından öncə jurnalistlər önünə çıxan Zizu maraqlı məqamlara toxunub: "Taktiki tapşırıqlardan, oyunçuların meydandakı düzümündən asılı olmayaraq hər şeyi ifaçılar müəyyənləşdirəcək. Diqqətimi bu görüşə yönəltmişəm. Gələcək taleyim? Məni "Real”dakı gələcək taleyim maraqlandırmır. Bu haqda düşünmədiyimə əmin ola bilərsiz”.
 
O, Ronaldoyla Neymarı müqayisə etmək istəməyib: "Müqayisəyə ehtiyac görmürəm. Ronaldo 5 "Qızıl top” qazanmış möhtəşəm oyunçudu. Həm də sabah bizi Ronaldo – Neymar oyunu gözləmir. "Real” PSJ-ni qəbul edəcək”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər