"Real"dan ayrıldıqdan sonra işsiz olan Zinəddin Zidan tezliklə fəaliyyətini bərpa edəcək.
Fanat.Az xəbər verir ki, fransız mütəxəssis bu barədə TVE-yə açıqlamasında bildirib.
"Əlbəttə, tezliklə məşqçi kimi futbola dönəcəyəm. Bu işi sevirəm və futbol mənim həyatımda önəmli yer tutur. Həyatım boyunca bu işlə məşğul olacağam" deyə Zidan bildirib.
Qeyd edək ki, Zidanın İngiltərə "Mançester Yunayted" klubuna baş məşqçi təyin ediləcəyi deyilir.
Fanat.Az