Əfsanəvi fransız futbolçu Zinəddin Zidanın oğlu Entso Zidan 29 yaşında futbolçu karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin məlumatına görə, Entso bütün diqqətini ailəsinə və biznes fəaliyyətinə yönəltməyi planlaşdırır.
Oğul-Zidan "Real Madrid" akademiyasının məzunudur. O, "Kral klubu"nun əvəzedici komandasında 100-dən çox oyun keçirib. Entso həmçinin, “Alaves”, “Lozanna”, “Aves”, “Almeriya” və digər klublarda çıxış edib. Onun son iş yeri 2022-2023-cü illərdə çıxış etdiyi İspaniyanın "Fuenlabrada" klubu olub.
Mirağa