Zappakosta vurduğu qoldan danışdı

Zappakosta vurduğu qoldan danışdı

“Xoşbəxtəm.  “Stemford Bric”də fərqlənməyi bacardım. Buna görə çox sevinirəm.Bu cür debütü ancaq arzulamaq olardı”.

Fanat.az xəbər verir ki, bu sözləri "Çelsi"nin futbolçusu  Davide Zappakosta Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra UEFA-nın saytına deyib.

Komandasının ikinci qolunun müəllifi olan Zappakosta  qələbə qazandıqları  üçün şad olduqlarını bildirib:  "Açığı, vurduğum qol epizodunda hava ötürməsi etmək istəyirdim. Lakin top ayağıma yaxşı “oturduğundan”, qapıya getdi. Məqsədimiz bacardığımız qədər irəli getməkdi. Bu tempdə davam edəcəyik. İlk növbədə isə qrupdan çıxmağı planlaşdırırıq”.

 Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər