Zamiq Əliyev oynadı, komandası...

Zamiq Əliyev oynadı, komandası...

Futbol üzrə Albaniya çempionatında 4-cü turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da növbəti matçına çıxıb. Komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub. Zamiq də bu oyunda iştirak edib. O, 90 dəqiqə meydanda olub.

“Eqnatiya” 4 turdan sonra 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 7 oyuna çıxıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər