“Yuventus”da yeni müqavilə

“Yuventus”da yeni müqavilə

İtaliyanın “Yuventus” klubu qapıçısı Karlo Pinsolyonun müqaviləsinin müddətini artırıb.

Fanat.Az xəbər verir ki, bu haqda Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Təcrübəli qolkiperin daha iki il - 2025-ci ilin yayına kimi bu komandada qalacağı açıqlanıb.

33 yaşlı Pinsolyo “Yuventus”un yetirməsi olsa da, bu komandada 5 rəsmi oyuna çıxıb. Əvəzində o, “Viareccio”, “Peskara”, “Viçentsa”, “Modena”, “Livorno”, “Latina” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.

Published in Dünya futbolu,

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər