"Yuventus" transfer bombasını partlatdı

"Yuventus" transfer bombasını partlatdı

İtaliyanın "Fiorentina" komandasının futbolçusu Duşan Vlahoviç "Yuventus"a keçib.

Fanat.Az xəbər verir ki, Serbiya millisinin hücumçusu tibbi müayinədən sonra uzunmüddətli müqaviləyə imza atıb.

Onun transferi Turin klubuna 75 milyon avroya başa gəlib. 22 yaşlı forvard ilinə 7 milyon avro qazanacaq.

Qeyd edək ki, Vlahoviç "Fiorentina"ya 2018-ci ildə Serbiya "Partizan"ından keçib. İstedadlı forvard bu mövsüm İtaliya A Seriyasında 21 oyuna 17 qol vurub və 4 məhsuldar ötürmə verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər