"Lill"in yarımmüdafiəçisi Yusuf Yazıcı ÇSKA-ya (Moskva) keçib.
Fanat.Az xəbər verir ki, məlumatı Rusiya klubunun rəsmi saytı yayıb.
Türk futbolçu 2021/2022-ci il mövsümünün sonuna kimi Moskva təmsilçisində icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Yusuf Yazıcı bu mövsüm "Lill"in heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalı Yusufun bazar qiymətini 15 milyon avro olaraq qiymətləndirir.
Emin