Yusuf Yazıcı het-trik etdi

Yusuf Yazıcı het-trik etdi

Rusiyanın MOİK klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı RPL-in 22-ci turunda het-trik etdiyi “Rubin”lə oyundan (6:1) danışıb.

Fanat.Az xəbər verir ki, FNK saytı Türkiyə millisinin futbolçusunun dediklərini belə çatdırır:

"Meydançaya çıxanda komanda uğrunda hər şeyimi ortaya qoymağa çalışıram. Baş məşqçi məni hara qoysa, orda oynayacam. Mən komandaya kömək etmək istəyirəm. Ona görə də seçim etmirəm, məşqçinin göstərişlərinə qulaq asıram". 

Qeyd edək ki, MOİK 42 xalla Rusiya çempionatının 3-cü pilləsində qərarlaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər