Yuri Syomindən Şevçenkoya təbrik mesajı

Yuri Syomindən Şevçenkoya təbrik mesajı

"Dinamo Kiyev" və "Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomin "Cenoa" klubuna baş məşqçi təyin olunan Andrey Şevçenkonu təbrik edib.

Fanat.Az xəbər verir ki, bu barədə 74 yaşlı mütəxəssis rəsmi "İnstagram" səhifəsində yazıb:

“Andrey, çətin yolda uğurlar, böyük uğurlar! Sən uğur qazanacaqsan!”

 

Xatırladaq ki, ötən gün "Cenoa" klubu Andrey Şevçenkonu baş məşqçisi olaraq ictimaiyyətə təqdim edib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər