İngiltərənin "Liverpul" klubunun sabiq baş məşqçisi Yürgen Klopp milli komandanı çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “The Independent” yayıb.
Xəbərə görə, alman mütəxəssisə ABŞ millisinin baş məşqçi postu təklif edilib.
Xatırladaq ki, sözügedən yığma Amerika Kubokunda qrupda qaldığı üçün ABŞ Futbol Federasiyası baş məşqçi Qreqq Berhalteri istefaya göndərib.
Nihat