Yunan müdafiəçi İngiltərə klubunda - RƏSMİ

Yunan müdafiəçi İngiltərə klubunda - RƏSMİ

Almaniyanın "Ştutqart" kubunun müdafiəçisi Konstantinos Mavropanos karyerasını İngiltərədə davam etdirəcək.   

Fanat.Az xəbər verir ki, "West Hem"  25 yaşlı oyunçunu heyətinə qatdığını açıqlayıb.

London klubu yunan futbolçuya görə "Ştutqart"a 17 milyon funt sterlinq (22 milyon avro) ödəyib.

Qeyd edək ki, ötən mövsüm Bundesliqada 28 oyun keçirən yunan futbolçu 2 qol vurub.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər