"Barselona"nın fransalı müdafiəçisi Samuel Umtiti (Samuel Umtiti) klubunun çətin maliyyə vəziyyətində pula qənaət etmək üçün maaşının azaldılmasına razılıq verib.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, futbolçu bu jestlə komandaya sadiq olduğunu nümayiş etdirib.
Xatırladaq ki, daha əvvəl Cerard Pike (Gerard Piquet) Jordi Alba və Serxio Buskets (Sergio Busquets) maaşlarını azaltmaq barədə razılığa gəlmişdilər.
Emin Şəmsiyev