Bu gün futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq tura ötən mövsümün qızıl və gümüş medalçılarının görüşü ilə start veriləcək.
Yüksək Liqa 2-ci tur 30 sentyabr
“Neftçi” İK – “Araz-Naxçıvan” Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov Hakim-inspektor: Ramiz Əsədov Bakı İdman Sarayı. Saat 14:00
“Yasamal Bakı” – “Record club” Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Kənan Məlikov Hakim-inspektor: Elçin Səmədli Bakı İdman Sarayı. Saat 16:00
“Baku Fire” – U-19 Hakimlər: Ramil Namazov, Vüsal Balaşov, İmran Məhərrəmov Hakim-inspektor: Azad Hüseynov Bakı İdman Sarayı. Saat 18:00