Yubiley Hummelsə düşərli olmadı

Yubiley Hummelsə düşərli olmadı

Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko”ya (Madrid) qarşı ilk görüş (1:2) Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels üçün əlamətdar olub.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu dortmundluların heyətində 500-cü oyununu keçirib.

Yubiley matçına çıxan 35 yaşlı müdafiəçi Almaniya təmsilçisinin heyətində keçirdiyi matçların sayına görə yalnız sabiq yarımmüdafiəçi Mixael Sorkdan geri qalır – 572 oyun.

Qeyd edək ki, Hummels bu mövsüm “Borussiya”nın formasında 32 oyuna çıxıb və 3 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər