Yığmamızın rəqibləri məlum oldu

Yığmamızın rəqibləri məlum oldu

23 yaşlılardan ibarət milli həndbol komandamızın inkişaf etməkdə olan ölkələrin çempionatında rəqibləri müəyyənləşib.

Fanat.az xəəbr verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Püşkatmanın nəticələrinə görə iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla aşağıdakı qruplarda yarışacaqlar:

“A” - Malta, Andorra, Hindistan “B” - Kipr, Moldova, Avstraliya “C” - Böyük Britaniya, Kuba, Qvatemala “D” - Azərbaycan, Bolqarıstan, Nigeriya

Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, yarış aprelin 25-30-da Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər