Yığmamız dünya birinciliyinə qatılacaq

Yığmamız dünya birinciliyinə qatılacaq

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının martın 25-də Albaniyanın Dürres şəhərində start götürəcək yeniyetmələr arasında dünya birinciliyi üçün heyəti açıqlanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, aprelin 1-dək davam edəcək yarışda milli komandanın 3 üzvü qüvvəsini sınayacaq.

55 kq-da Dəniz Cabbarlı, 67 kq-da Turan Əliyev və 73 kq-da Ravin Alməmmədov medal qazanmağa çalışacaq.

Qeyd edək ki, dünya birinciliyinə 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atlet qatılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər