Türkiyə Super Liqasında V tura start verilib. Fanat.az saytının məlumatına görə, millimizin hücumçusu Dəniz Yılmazın və gənclər yığmamızın futbolçusu Ozancan Kökcünün şərəfini qoruduğu “Bursaspor” bu gün meydana çıxıb.
Bursa təmsilçisi “Yeni Malatyaspor”u səfərdə yenib – 4:2. Ozan Can bu oyunun iştirak ərizəsinə salınmayıb. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Dəniz isə sona 1 dəqiqə qalmış meydana daxil olub.
Fanat.Az