Yerkökü yedi, çənəsini sındırdı

Yerkökü yedi, çənəsini sındırdı

Niderlandın “Heerenveen” klubununun oyunçusu Rami Kaibin başına kuryoz hadisə gəlib.

Fanat.Az xəbər verir ki, isveçli futbolçu yerkökü yeyərkən çənəsini sındırıb. O, bir müddət əvvəl futbol oynayarkən çənəsindən ağır zərbə alıb. Buna baxmayaraq məşqlərə və əlbəttə ki, yemək yeməyə davam edən futbolçu nahar fasiləsi zamanı yerkökü yeyib. Amma tərəvəz gözlədiyindən bərk olub və çənəsini qırıb.

Kaib bu səbəbdən bir müddət komandasına kömək edə bilməyəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər