Yens Lemann balta ilə qonşusuna hücum çəkdi

Yens Lemann balta ilə qonşusuna hücum çəkdi

“Arsenal”ın və Almaniya millisinin keçmiş qapıçısı Yens Lemannın başı dərddədir.

Fanat.Az xəbər verir ki, 52 yaşlı veteran qolkiper qonşusunun əmlakına ziyan vurduğuna görə polisə düşüb.

Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Bavariyanın cənubunda Starnberq gölünün sahilində fantastik mənzərəsi olan beş milyon avroluq evində yaşayan Lemann qonşusundan qisas almaq istəyib. Belə ki, qonşusu onun evinin yanında yeni qaraj tikib. Almaniya millisinin keçmiş qapıçısı həmin qarajın onun mülkünün görüntüsünə xələl gətirdiyini düşünərək əsəbiləşib və qonşusunun evinə balta ilə hücum çəkib. O, daha sonra çılğın şəkildə qarajın tirlərini dağıdıb.

Lemann təhlükəsizlik kamerasını söndürə bilmədiyi üçün qonşusunun mülkünə etdiyi vandalizm faktına dair videosübutlar var. Pisi odur ki, polis daha üç belə aktı da araşdırır – dəyən ziyan ümumilikdə 10 min avro qiymətləndirilir.

Qeyd edək ki, Yens Lemann futbolçu karyerasını bitirdikdən sonra qısa müddət ərzində "Arsenal"da qapıçılar üzrə məşqçi kimi çalışıb, ardından "Auqsburq"da köməkçi məşqçi olub. Bundan sonra "Herta"nın Müşahidə Şurasında işə götürülüb, lakin irqçi mesajlara görə paytaxt klubundan erkən ayrılmalı olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər