"Yeni qapıçı axtarışındayıq" - Qurban Qurbanov

"Yeni qapıçı axtarışındayıq" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuya əsasən 2021-ci ilin ən yaxşı məşqçisi seçilib.

Fanat.Az xəbər verir ki, mükafatlandırma mərasimində mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. 

Qurbanov klubun qapıçı axtarışında olduğunu deyib: "Yeni qapıçı axtarışındayıq. Tez qərar vermək bizim üçün çətindir. İşimizi maksimum sürətləndiririk. Yaxın günlərdə hər hansı nəticə əldə etməyə çalışırıq".

49 yaşlı mütəxəssis Ukrayna "Minay"ından aldıqları Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin keçidinə də toxunub: "Əvvəldən belə bir fikrimiz var idi. Milliyə cəlb olunduqdan sonra diqqətimi cəlb etmişdi. Həm Ukrayna Premyer Liqasında, həm də yığmadakı oyunlarını izləyirdim. Böyük potensialının olduğunu gördüm və komandaya dəvət etdim".

2022-ci ildən Azərbaycanda VAR sisteminin tətbiq olunacağına münasibət bildirən baş məşqçi bunun ölkə futboluna faydasının dəyəcəyini söyləyib: "Amma bəzi problemlər də ola bilər. Bunu gələcəkdə görəcəyik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər