"Barselona"nın direktoru Mateu Alemani komandanın 18 yaşlı yarımmüdafiəçisi Qavinin "Çelsi"yə transfer olunacağı ilə bağlı yayılan informasiyaları yalanlayıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:
"Biz Qavini mütləq sifariş edəcəyik. Bu yöndə hər hansı problem yoxdur və yaxın günlərdə bu məsələ nöqtələnəcək".
Qeyd edək ki, Qavinin "Barselona" ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat